Payızda necə arıqlamaq olar?

Yay, demək olar ki, arxada qalıb. Yəqin ki, çoxlarınız «payızda arıqlayacam» marafonuna start verməyə hazırlaşır. Bizim məsləhətlərimizə əməl etsəniz, heç bir çətinlik çəkmədən artıq çəkidən azad ola bilərsiniz. 

Pəhriz — gündəlik rasionun məhdudlaşdırılması vacibdir, lakin bunu diqqətlə seçmək lazımdır. Kimsə düşünür ki, boş qablarla arıqlamaq olar. Ancaq unudurlar ki, çəki yerinə qayıdır. Sadəcə zaman lazımdır. Biz balanslı qidalanmağı tövsiyə edirik. Pəhriz sizin əhvalınıza və sağlamlığınıza mənfi təsir göstərməməlidir. 
 
Düzgün seçilmiş səhər yeməyi
Əgər arıqlamaq istəyirsinizsə, düzgün səhər yeməyindən başlamalısınız. Bu isə o deməkdir ki, yuxudan oyanan kimi limon sıxılmış su içməli və ya bir çay qaşığı bal yeyərək duşa getməlisiniz. 

Səhər yeməyi karbohidratlarla zəngin olmalıdır ki, sizi bütün gün boyu enerji ilə təmin etsin. Bu o demək deyil ki, səhər tezdən şokolad və kökə yeməlisiniz. Belə etsəniz, çətin ki, arıqlayasınız. Sıyıqlara üstünlük verin. Yulaf, qarabaşaq və ya qarğıdalı sıyığı məsləhətlidir. 

Daha çox meyvə və tərəvəz
Bir necə aydan sonra sevimli meyvə və tərəvəzlər piştaxtalardan yoxa çıxacaq. Orqanizmi faydalı vitaminlər və mikroelementlərlə təmin etmək lazımdır. Günorta  və axşam yeməklərinizə salat və zeytun yağı əlavə edin. 
Ardı →

Arıqlamağa mane olan 6 bəhanə

Nə qədər pəhriz etsəniz, idmanla məşğul olsanız da bu bəhanələr arıqlamağınıza mane ola bilər.

Qıtlıq hissi — Birdən böyük bir aclıqla qarşı-qarşıya qalan orqanizm, qıtlıq zamanı siqnalları verməyə və əhəmiyyətli funksiyaları üçün enerji ehtiyat etmək istəyir. Bu da aclıq hissini artırır.

Ya həmişə ya heç — Sizin fəlsəfəniz ya həmişə ya heçdir. Yəni ya xiyarın dilimlərini sayırsınız ya da heç hesabsız, böyük hamburger menyusunu qəbul edirsiniz.

Sürətli yemək — Sürətli yemək yeyən kəslərin mədələri, beynə doymuş olduğu siqnalını verə bilmir.

Ağ çörək — Ağ çörək, makaron və düyü növləri çox az lif ehtiva edir. Az lifli yeməklər yerinə, bol lifli olanları seçməniz maddələr mübadiləsi üçün çox daha yaxşıdır.

Məşq — İdman edərək arıqlaya biləcəyiniz doğrudur, lakin idmandan sonra böyük bir hamburger yeməyiniz yalnışdır.

Ac və susuz – Arıqlamaq istəyənlərin ən yaxın dostu sudur. Toksinlərdən təmizlənmək, əzələlərin canlılığını qorumaq və maddələr mübadiləsi sürətlənməsini təmin etmək suyun vəzifəsidir. Su sayəsində isti yay günlərində daha rahat məşq edə bilərsiniz. Bəzən arıqlamaq istəyənlər, ac qalmaqla bərabər susuz qalmağın da lazım olduğunu düşünürlər, amma bu yalnışdır.
Davamı →

Aralıq dənizi pəhrizi

Bu pəhriz həkim və dietoloqların tərəfindən ən çox bəyənilən pəhrizlərdən biridir. Sizə 5-günlük aralıq dənizi pəhrizinin bir variantını təqdim edirik.
Bu pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin ki, səhhətinizə zərər yetirilməsin.

1-ci gün

Səhər yeməyi
1 ədəd kivi və ½ banan 3 stol qaşığı yulaf yarması ilə qarışdırılır. Üzərinə 100 qr yağsız xama əlavə edilir və yenidən yaxşı qarışdırılır.

İkinci səhər yeməyi
½ banan əzilir və 100 qr yağsız yoqurt ilə qarışdırılır.

Nahar
50 qr kartof, 50 qr yunan qabağı, 50 qr badımcan, 50 qr qabığı soyulmuş pomidor, ½ xırda doğranılmış soğan buğda bişirilir. Üzərinə doğranılmış keşniş və 1/2 stol qaşığı zeytun yağı əlavə olunur.


Ardı →